Site icon AJMEDIA Azərbaycanca

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Tokio, 18 avqust , /AJMEDIA/

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrə 5 min 298 nəfər dəvət edilib.
Bu gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.
Avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Exit mobile version