Mövlud Çavuşoğlu: Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib

Tokio, 12 mart , /AJMEDIA/

Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, zəlzələ bölgəsinə ümumilikdə 90 ölkədən 11300 heyət gəlib. “Artıq işlər bitdiyi üçün onlar ölkələrinə geri qayıtdı. Ən son Azərbaycandan gələn heyət qayıtdı. 32 səhra xəstəxanasından hazırda 12-si fəaliyyət göstərir”, – deyə M.Çavuşoğlu əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts