Moldova və Ukrayna arasındakı sərhəd-keçid məntəqələri fəaliyyətini bərpa edib

Tokio, 22 yanvar , /AJMEDIA/

Ukrayna tərəfində yaranmış texniki nasazlıq aradan qaldırıldıqdan sonra Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri normal fəaliyyətini bərpa edib.
AJMEDIA xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisi məlumat yayıb.
“Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri öz işini bərpa edib”, – nazirliyin “Telegram” kanalında deyilir.
Qeyd edək ki, səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumat bazasında yaranan problemlərə görə sərhəd keçidləri dayandırılmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts