Möhsin Xocəstə: İran Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Tokio, 16 may , /AJMEDIA/

Xəzər dənizindəki bəzi neft yataqlarının birgə işlənilməsi istiqamətində Azərbaycan tərəfi ilə müzakirələr aparılır.
AJMEDIA xəbər verir ki, bu sözləri İranın Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, İran yaxın qonşusu və neft ölkəsi olan Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu sahədə hər iki ölkənin böyük təcrübəsi var.
Baş direktor Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsinə toxunaraq bildirib ki, bu addım strateji əhəmiyyət daşıyır. İran Türkmənistanda hasil edilən qazı alaraq bir hissəsini özü istifadə edir, digər hissəsini isə Azərbaycana təhvil verir. Bu İranın geopolitik mövqeyini və tranzit üçün potensialının göstəricisidir.
Möhsin Xocəstə deyib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində Qərb dövlətləri ilə danışıqlar davam edir. Sanksiyaların ləğvindən sonra İran neft və qaz ixracatını 2 dəfə artırmağa hazırdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts