MN: Erməni mətbuatının Ordumuzun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır

Tokio, 6 yanvar , /AJMEDIA/

Erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalan və dezinformasiya xarakteri daşıyır.
AJMEDIA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilib. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, – məlumatda qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts