“Mitinqin məqsədi Cənubi azərbaycanlıların mənəvi ruhunu dünyaya nümayiş etdirməkdir” – Mahmud Bilgin

Tokio, 26 mart , /AJMEDIA/

Martın 25-də Belçikanın paytaxtında, Avropa Parlamentinin binası qarşısında keçirilən izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Mitinqin təşkilatçılarından biri, Cənubi Azərbaycan Demokratik Partiyasının mətbuat xidmətinin rəhbəri Mahmud Bilgin aksiyanın məqsədlərindən danışıb.
AJMEDIA xəbər verir ki, M.Bilgin diqqəti Cənubi azərbaycanlıların milli dəyərlərinin təbliğinə, Cənubi Azərbaycan sakinlərinə qarşı repressiyalar həyata keçirən, assimilyasiya və onların milli ləyaqətinin alçaldılması siyasəti aparan molla rejiminə, eləcə də Təbriz, Ərdəbil və digər regionlarda vətəndaş hərəkatı fəallarını təhdid edən qüvvələrə qarşı etiraz səsinin gücləndirilməsinə diqqət çəkib. Bununla yanaşı, vurğulayıb ki, Avropa Parlamenti qarşısında keçirilən mitinqin məqsədi Cənubi azərbaycanlıların mənəvi ruhunu dünyaya nümayiş etdirməkdir.
“Bizim sayımız İranda 40 milyondur, bizim siyasi iradəmiz var. Bu gün burada, Avropa Parlamenti qarşısında bu iradənin bir damlasını nümayiş etdiririk. Biz milli dövlətə sahib olmaq hüququna malikik. Biz nə uğrunda mübarizə aparırıq? Azadlıq uğrunda! Bu azadlıq nə üçün lazımdır? Ədalət üçün! Bəs, həm azadlığa, həm ədalətə zəmanət verən nədir? Onlara milli hökumət zəmanət verir! Bu gün bizim məqsədimiz də budur”, – deyə Mahmud Bilgin bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts