Misirli Formula 1 azarkeşi: Azərbaycan Qran-Prisinin Xəzər dənizinə yaxın keçirilməsi çox gözəl ideyadır

Tokio, 12 iyun , /AJMEDIA/

“Red Bull Racing” komandasına azarkeşlik etmək üçün Azərbaycana gəlmişəm. Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə zonası çox maraqlıdır və burada gözəl vaxt keçirmək üçün hər cür şərait var.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gəlmiş misirli azarkeş Amor Maqdi deyib.
Paytaxt Bakının ecazkar görünüşdən danışan misirli qonaq bildirib: “Yarışın Xəzər dənizinə yaxın keçirilməsi çox gözəl ideyadır. Çünki yarışları izləməklə yanaşı, dənizin gözəlliyini də seyr etmək imkanımız olur. Azərbaycanlılar çox qonaqpərvər və mehribandırlar. Özümü burada yad kimi hiss etmirəm”.
Azərbaycan Qran-Prisinin ilk günündə “Red Bull Racing” komandasının uğurlu çıxış etdiyini deyən A.Maqdi qeyd edib ki, bu il azarkeşlik etdiyim komandanın çempionluq şansı çox böyükdür. İnanıram ki, sabah – Azərbaycan Qran-Prisində məhz “Red Bull Racing”in pilotları Bakı podiumunda yer alacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts