Misirdə Zəfər Günü münasibətilə azərbaycanlı uşaqlar üçün tədbir təşkil edilib

Tokio, 7 Noyabr, /AJMEDIA/

Misirdə yaşayan azərbaycanlı xanımlar və balacaların iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, diaspor fəalı Simuzər Allahverdiyevanın təşəbbüsü ilə azərbaycanlı ailələrin uşaqları üçün təşkil olunmuş tədbirdə Xarıbülbül təsviri olan köynəklər geyinmiş balacalar Vətən və Qarabağ mövzularında çəkdikləri rəsmləri təqdim ediblər. Onlar Azərbaycana və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Misirdə yaşayan ailələrin övladlarında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə təşkil olunmuş tədbirdə uşaqlara hədiyyələr təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts