Misir mediası: Azərbaycan dayanıqlı sülhə nail olmağın şərtlərini açıqlayıb

Tokio, 11 sentyabr , /AJMEDIA/

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya və İran rəsmiləri ilə üçtərəfli görüş zamanı bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olunmasının şərtləri dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq miqyasda təsdiq edilmiş sərhədlərinin tanımasıdır. O əlavə edib ki, rəsmi Bakı bu şərtlərlə Yerevanla əlaqələrin normallaşmasında maraqlıdır və sülh müqaviləsi ətrafında danışıqlara hazırdır.
AJMEDIA xəbər verir ki, Azərbaycan rəsmisinin bu fikirləri Misirin “Dar Əl Hilal” və “Əl Əhram” qəzetlərində dərc olunmuş məqalələrdə yer alıb. Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycanın Baş nazirinin müavini Ermənistan üçün əlaqələrin normallaşmasından başqa alternativin olmadığını vurğulayıb. O qeyd edib ki, “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) regional sülhə və təhlükəsizliyə töhfə verə bilər. Ş.Mustafayev onu da bildirib ki, bu il avqustun 30-da Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü keçirilib və nəqliyyat dəhlizlərinin açılması regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts