Millimiz Dubayda yoldaşlıq oyununda heç-heçə edib

Tokio, 11 mart , /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Millimizin qolunu qarşılaşmanın 81-ci dəqiqəsində Hüseynli Fatiməyi-Zəhra vurub.
Komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts