Milli Qurama Festivalı çərçivəsində bu sənətə aid kitab təqdimatı keçiriləcək

Tokio, 5 iyul , /AJMEDIA/

Azərbaycanda ilk dəfə iyulun 7-dən avqustun 7-dək təşkil olunacaq Milli Qurama Festivalı çərçivəsində dekorativ-tətbiqi sənətin bu növü haqqında kitab təqdimatı keçiriləcək.
AJMEDIA xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Təhsil nazirlikləri , eləcə də Bakı Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda bir sıra tədbirlər, kitab təqdimatı, elmi-praktik konfrans, autizm sindromlu uşaqlar üçün art-terapiya, sərgi, ustad dərsləri, kulinariya və poeziya gecələri təşkil olunacaq.
Qeyd edək ki, 2020-ci ildə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qurama Mərkəzi açılıb. Qurama Azərbaycan bədii incəsənətində xüsusi yerə malik dekorativ-tətbiqi sənət növü olmaqla yanaşı, qədim tarixi köklərə və ənənələrə söykənərək bu gün də öz aktuallığını qoruyur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts