Site icon AJMEDIA Azərbaycanca

Milli Musiqi Günü münasibətilə sosial videoçarx hazırlanıb

Tokio, 18 Sentyabr, /AJMEDIA/

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi Günü münasibətilə sosial videoçarx hazırlayıb.

AJMEDIA xəbər verir ki, videoçarxın məqsədi dahi bəstəkar Üzeyir Hacıbəyli irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjimançısı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir. Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

Exit mobile version