Milli musiqi alətlərimiz – milli sərvətimizdir

Tokio, 1 fevral , /AJMEDIA/

Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert keçiriləcək.
Filarmoniyadan AJMEDIA-ya verilən məlumata görə, musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Qeyd edək ki, konsert proqramında Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts