Milli Məclisin deputatları AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Tokio, 21 may , /AJMEDIA/

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-dək Parisdə səfərdə olacaqlar.
Bu barədə AJMEDIA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsinin vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVID-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
Sonra deputatlar mayın 23-dən 25-dək Brüsseldə səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts