Tokio, 25 may , /AJMEDIA/
XX əsr ədəbiyyatımızın böyük klassiki, milli nəsrimizin, dramaturgiyamızın, səhnəmizin, ədəbi-bədii və ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Bununla əlaqədar, Milli Kitabxanada “Xalq yazıçısı İlyas Əfəndiyеv-110” adlı geniş kitab sərgisi təşkil edilib.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, tamaşaya qoyulmuş pyeslərindən fotolar, yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.