Milli Kitabxanada “17 noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi açılıb

Tokio, 17 noyabr, /AJMEDIA/

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

AJMEDIA xəbər verir ki, bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan tarixi, Azərbaycan xalqının milli oyanışı, azadlıq mübarizəsi, dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər, Ulu Öndəri Heydər Əliyevin xilaskarlıq missiyası, Heydər Əliyev və milli dirçəlişimiz və digər mövzularda Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts