Site icon AJMEDIA Azərbaycanca

Milli Kitabxana Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıb

Tokio, 10 dekabr , /AJMEDIA/

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.

Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

1948-ci il dekabrın10-da BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçib, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulub.

Bununla bağlı Milli Kitabxananın əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.

Exit mobile version