Milli İncəsənət Muzeyi balacaları dəvət edir

Tokio, 8 iyun , /AJMEDIA/

Azərbaycan Milli İncəsənət Muzeyinin təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə gerçəkləşdirdiyi “Bədii lövhələr” layihəsinin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin görkəmli sənətkarlarından sayılan Səttar Bəhlulzadədir.
AJMEDIA xəbər verir ki, muzey iyun ayın ərzində ustad dərsi proqramında balacaları Səttar Bəhlulzadənin “Naxçıvan dağları” tablosu ilə yaxından tanış olmağa və əsərin “step by step” imitasiyasını yaratmağa dəvət edir.
Ustad dərsində balaca ziyarətçilər fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən sənətkarın yaradıcılığını tədqiq edəcək və rəssamın bənzərsiz təbiət lövhələri ilə tanış olacaqlar.
İsti-soyuq rəngləri tanıyacaq, yeni rənglər əldə etməyi öyrənəcək, eləcə də təsviri sənətin müxtəlif janrlarını kəşf edərək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətlərini görmək fürsəti əldə edəcəklər.
Muzey bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edir, təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts