Site icon AJMEDIA Azərbaycanca

Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası olub

Tokio, 7 oktyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunub.
Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.
Dünyaşöhrətli polyak yazıçısı Slavomir Mrojek yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Sonra hekayələr və pyeslər yazıb.
1958-ci ildə Mrojek “Polis” adlı ilk komediyasını yazıb. 1964-cü ildə onun “Tanqo” pyesi nəşr olunur və müəllifə dünya şöhrəti gətirir.
1963-cü ildə yazıçı ölkədən mühacirət edib. 1996-cı ilədək ABŞ, İtaliya, Fransa, Almaniya və Meksikada yaşayıb. 1996-cı ildə vətəninə dönüb.
2002-ci ildə yazıçı insult keçirib. 2013-cü il avqustun 15-də vəfat edib.

Exit mobile version