Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

Tokio, 29 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.
AJMEDIA xəbər verir ki, dekabrın 9, 10, 11–də teatrın səhnəsində “Xurşidbanu Natəvan”, 16-da isə “Qətibə İnanc” tamaşaları nümayiş olunacaq.
Həmçinin dekabrın 17-də “Qürbətdən gələn məktublar”, 18-də “Ah, bu uzun sevda yolu” tamaşaları göstəriləcək.
Sənət ocağı hər zaman olduğu kimi, bu dəfə də dekabrın 24, 25, 27, 28, 29, 30 və 31- də Yeni il şənlikləri ilə balacaları sevindirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts