Site icon AJMEDIA Azərbaycanca

Millətlər Liqası: Ronaldu Portuqaliya millisini finala çıxarıb

Tokio, 05 iyun, /AJMEDIA/

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

AJMEDIA xəbər verir ki, Almaniya millisi Münxendə Portuqaliya ilə qarşılaşıb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. Florian Virts almanları önə keçirib. Lakin məğlubiyyətlə barışmayan qonaqlar 2 qol vuraraq, hesabı öz xeyirlərinə dəyişiblər. 63-cü dəqiqədə Fransişku Konseysau, bundan 5 dəqiqə sonra isə Kriştianu Ronaldu rəqib qapısına yol tapıblar. Əzmkar qələbə qazanan Portuqaliya millisi finala yüksəlib.

Qeyd edək ki, digər finalçı bu gün keçiriləcək İspaniya – Fransa matçından sonra bəlli olacaq.

Exit mobile version