Tokio, 6 fevral, /AJMEDIA/
Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir.
AJMEDIA xəbər verir ki, “Cuzzepe Meazza” stadionunda baş tutan görüşdə iki əzəli rəqib – “İnter” və “Milan” komandaları qarşılaşıb. Gərgin keçən derbidə “Milan” klubu əzmkar qələbə qazanıb – 1:2.
Oyunu daha fəal başlayan “İnter” klubu hesabı matçın 38-ci dəqiqəsində açıb. Hakan Çalxanoğlunun künc ötürməsindən sonra İvan Perişiç qapıya birbaşa zərbə endirib – 1:0.
Qoldan sonra irəli atılan meydan rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalar fasiləyə minimal hesabla yollanıb.
Qarşılaşmanın ikinci hissəsində “Milan” klubu daha istəkli görsənirdi. Matçın 78-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirib. Təcrübəli hücumçu iki dəqiqə sonra komandasının qələbə topunu vurmağa da nail olub – 1:2. Beləliklə, “Milan” derbidə geri dönüş edərək qələbə qazanıb. Bu qələbə sayəsində “rossoneri”lər xal ehtiyatını 52-yə çatdıraraq ikinci pilləyə yüksəlib. “İnter” isə 53 xalla liderdir.
Qeyd edək ki, Milan derbisi 179-cu dəfə baş tutub. Bu matçların 69-da “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 56 görüş heç-heçə nəticələnib. “Della Madonnina” adlanan Milan derbilərinin sonuncusu İtaliya A Seriyasının 10-cu turuna təsadüf etmişdi. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.