Mikrodalğalı sobada hazırlanan yeməklər orqanizmə mənfi təsir edir

Tokio, 7 dekabr , /AJMEDIA/

Vaxta qənaət etmək və yeməklərin tez hazırlanmasına görə mikrodalğalı soba ən çox istifadə edilən məişət cihazlarındandır. Lakin ondan istifadənin zərərli təsirləri barədə heç də istifadəçilərin hamısı xəbərdar deyil.
AJMEDIA xəbər verir ki, həkim-terapevt Günay İsmayılova bu barədə deyib: “Mikrodalğalı sobadan istifadə qaydalarına riayət etməmək insan orqanizmində ciddi fəsadlar yaradır, hətta xərçəng xəstəliyinə aparıb çıxara bilər: “Əgər cihazda, xüsusilə izolyasiya təbəqəsində nasazlıq yoxdursa, onda insan orqanizmi elektromaqnit dalğalarından da qorunmuş olur. Lakin qızdırılma zamanı plastik qablardan istifadə edilməsi qətiyyən məsləhət görülmür”.
Mikrodalğalı soba yeməklərin, ərzağın daxili strukturunu ani olaraq dəyişir, yemək və ərzaqda olan B qrupu vitaminləri və mineralları məhv edir. Mütəxəssislər sobada ərzağın buzunun açılmasının da çox təhlükəli olduğunu bildirilər. “Elektromaqnit dalğaları ərzağın tərkibində olan suya təsir edərək onun hissəciklərinin xaotik hərəkətinə səbəb olur və hissəciklər bir-birinə sürtülərək istilik yaranır və həmin istilik nəticəsində qidalar isinir. Həmin proseslər zamanı ərzaqlarda olan bəzi vitamin və minerallar parçalanır. Vaxt baxımından əlverişli olsa da, bunun neqativ tərəfləri də var. Mikrodalğalı sobada istifadə zamanı mikroorqanizmlər məhv olmur”,- deyə həkim-terapevt narahatlığını ifadə edib.
Gündəlik məişət qayğıları içərisində mikrodalğalı sobada yemək qızdırıb uşaqlara yemək vermək onların sağlamlığını təhlükə altına qoymaq deməkdir. Ona görə də mütəxəssislər sağlamlıq üçün yeməkləri məhz qaz üzərində tavada və qazanda qızdıraraq yeməyi məsləhət görürlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts