MİDA satışa çıxarılmış mənzillərin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb

Tokio, 28 sentyabr , /AJMEDIA/

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxarılmış 815 mənzilin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb.
AJMEDIA MİDA-ya istinadla xəbər verir ki, vətəndaşlar Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində seçilmiş mənzillərlə bağlı məlumatla https://mida.gov.az/az/statistics/statistics_35/ keçidi vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə sentyabrın 24-də saat 15:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts