“Microsoft Edge” məhsulunda kritik boşluq aşkarlanıb – Xəbərdarlıq

Tokio, 29 avqust , /AJMEDIA/

“Microsoft Edge” (Chromium-based) məhsulunda kritik boşluq (CVE-2023-36741) aşkar olunub.

Elektron Təhlükəsizlik Xidmətindən AJMEDIA-ya bildirilib ki, kiberdələduz xüsusi hazırlanmış veb-sayt vasitəsilə brauzerə zərərli kodu yerləşdirməklə, bu boşluqdan istifadə edə bilər. Boşluq istismar edilərsə, kiberdələduzun istifadəçinin sistemi üzərində tam nəzarəti ələ keçirməsinə imkan verə bilər.

İstifadəçilərə “Microsoft Edge” (Chromium-based) məhsulunu qısa zamanda ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts