Mexikoda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yürüş keçirilib

Tokio, 29 sentyabr , /AJMEDIA/

Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar Meksikanın paytaxtı Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində “Gənc Diplomatlar” assosiasiyasının təşkilatçılığı ilə ölkədəki digər qeyri-hökumət təşkilatları fəallarının, universitet tələbələrinin, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə yürüş keçirilib.
AJMEDIA xəbər verir ki, Meksika şəhər hökumətinin icazəsi və təhlükəsizlik dəstəyi ilə keçirilən yürüşdə iştirakçılar şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Azərbaycan sülh istəyir” və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” pankartları açaraq şüarlar səsləndiriblər.
Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüş iştirakçıları 30 ilə yaxın erməni işğalında qalmış torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Yürüş Meksikanın nüfuzlu “ADN40” televiziya kanalının efirində, habelə kanalın 1 milyona yaxın izləyicisi olan rəsmi tviter hesabında və digər sosial şəbəkə hesablarında yayımlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts