Mesut Özil futbolçu karyerasını bitirib

Tokio, 22 mart , /AJMEDIA/

“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.
Türkiyə karyerasına 2021-ci ildə “Fənərbaxça”da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts