Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi bəlli olub

Tokio, 30 may , /AJMEDIA/

Futbol üzrə Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi müəyyənləşib.
AJMEDIA xəbər verir ki, çempion adına “Tiqres” klubu sahib olub.
Monterrey təmsilçisi finalın cavab oyununda “Qvadalaxara”nı məğlub edib (3:2, ilk oyun – 0:0).
Nəticədə komanda tarixdə səkkizinci, 2015-ci ildən bəri beşinci dəfə Meksika çempionatının qızıl medallarını əldə ediblər.
Yalnız “Amerika” (13), “Qvadalaxara” (12) və “Toluka”nın (10) daha çox titulları var. “Kruz Azul” və “Leon” da 8 dəfə çempion olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts