Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

Tokio, 22 iyun , /AJMEDIA/

İki ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və daha qürurla keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz düşməni məhv edərək torpaqlarımızı işğaldan azad edib.
AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Fövqəladə Hallar Nazirliyi (FHN) işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib. O qeyd edib ki, dövlət tərəfindən Qarabağ müharibəsi qaziləri və iştirakçılarına böyük diqqət və qayğı göstərilir: “FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran xüsusi avtobuslarla Xaçmaz rayon Nabran qəsəbəsində yerləşən “Orman” İstirahət Mərkəzində istirahətlərinin təmin olunması məqsədilə proqram həyata keçirilib. Proqram çərçivəsində müxtəlif idman növləri – mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat yarışlarının keçirilməsi nəzərdə tutulub. Sonda qalib komandaya qiymətli hədiyyələr veriləcək”.
M.İsmayılov onu da bildirib ki, qazi və veteranların Xaçmazda istirahətlərinin yüksək səviyyədə təmini üçün hər bir şərait yaradılıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts