Media subeyktlərinə hansı güzəştlər verilib?

Tokio, 21 may , /AJMEDIA/

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 7 mart tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, media subyektlərinin öz fəaliyyətlərindən reklam gəlirləri də daxil olmaqla əldə etdikləri gəlirlər və Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə fiziki şəxslərin gəlir vergisindən, hüquqi şəxslərin mənfəət vergisindən və sadələşdirilmiş vergidən azaddır.
Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də bu ildən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azaddır. Qeyd olunan güzəşt və azadolmalar audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə aid deyil. Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts