Mayın 15-də imtahan verəcək şagird və abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

Tokio, 6 may , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi mayın 15-də bir sıra imtahanlar keçirəcək.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, mayın 15-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı keçiriləcək. Həmçinin aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, habelə buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları buraxılış imtahanı verəcəklər. Buraxılış vərəqəsini çap etmək üçün Mərkəzin saytında yerləşmiş linklərə daxil olmaq lazımdır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts