“Mavar” tayfunu mayın 29-da Yaponiyanın cənub hissəsinə çata bilər

Tokio, 26 may , /AJMEDIA/

Mayın 24-də Sakit okeanın Quam adasında başlayan “Mavar” tayfunu Yaponiyaya doğru irəliləyərək mayın 29-da Okinavanın cənub prefekturasına çata bilər.

AJMEDIA-nın məlumatına görə, bu barədə Yaponiya Milli Meterologiya İdarəsi bildirib.

Bununla bağlı meteoroloqlar yerli sakinləri dənizə çıxarkən diqqətli olmağa çağırır. Bundan əlavə, “Mavar” tayfunu atmosfer təzyiqinin dəyişməsi səbəbindən Yaponiyanın əsas Honsyu adasının bir sıra ərazilərində güclü yağışlara səbəb ola bilər.

Hazırda tayfun daxilində küləyin sürəti 55 m/s-ə çatır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts