Site icon AJMEDIA Azərbaycanca

Martın 26-da Azərbaycanda COVID-19 əleyhinə 6854 doza vaksin vurulub

Tokio, 27 mart , /AJMEDIA/

Martın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6854 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 345, ikinci doza 750, üç və daha çox doza 5391, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 368-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 395 min 825, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 787, ikinci mərhələ üzrə 4 milyon 817 min 513, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 31 min 776, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 min 749-dur.

Exit mobile version