Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Ötən ilin noyabrında vəfat edən argentinalı sabiq futbolçu Dieqo Maradonanın xatirəsinə futbol üzrə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb.

Qurumun UEFA ilə razılıq əldə etdiyi bildirilib.

Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələ bəlli deyil.

İtaliya yığması bu il keçirilən “Avro-2020”ni, Argentina millisi isə Amerika kubokunu qazanıb.

Maradona 2020-ci ilin noyabrın 25-də 60 yaşında vəfat edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts