Site icon AJMEDIA Azərbaycanca

Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdiriləcək

Tokio, 13 dekabr , /AJMEDIA/

Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdiriləcək.
AJMEDIA xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
Bildirilib ki, idxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanır. Bu baxımdan gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir.
Layihəyə əsasən, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Qeyd edilib ki, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.

Exit mobile version