Malayziya vətəndaşları Bakı Slavyan Universitetində qəbul prosesi barədə məlumatlandırılıb

Tokio, 8 sentyabr , /AJMEDIA/

Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsilin təşviqi məqsədilə Malayziya vətəndaşları ilə onlayn görüş keçirilib.
BSU-dan AJMEDIA-ya bildirilib ki, əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva “Bakı Slavyan Universitetində əcnəbilərə təklif olunan ixtisaslar və qəbul prosesi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda BSU-nun tarixi, proqramlar və ixtisaslar, əcnəbilərin qəbul prosesi, tələb olunan sənədlər və qəbul tarixləri, universitetdə əcnəbilərin tədrisinin təşkili, miqrasiya qaydaları, tələbə yataqxanası və tibbi sığorta haqqında məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts