Malayziya qəzetində Azərbaycan diplomatının məqaləsi dərc olunub

Tokio, 11 Noyabr, /AJMEDIA/

Malayziyanın nüfuzlu “New Straits Times” qəzetində Azərbaycan Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun “Qlobal nəqliyyatda orta dəhlizin əhəmiyyəti – Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi” sərlövhəli məqaləsi dərc olunub.

AJMEDIA xəbər verir ki, məqalədə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə Ermənistanın 30 ilə yaxın davam edən beynəlxalq hüquqi cinayətinin başa çatmasından bəhs olunur. Azərbaycanın Qarabağ problemini həll edərək beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafının önündəki mühüm əngəllərdən birini ortadan qaldırdığı vurğulanır. Qeyd edilir ki, həmin problemin tarixdə qalması günümüzün əsas tələbinin gələcəyə yönəlməsinə, regional və qlobal səviyyədə iqtisadi layihələrin dəstəklənməsinə və inkişaf etdirilməsinə yol açıb. Nəticədə bu addımın Trans-Xəzər marşrutunun digər marşrutlarla müqayisədə daşınma xərcləri və vaxtını ən azı yarıya endirəcəyi və beləliklə təkcə Azərbaycan üçün yox, regional səviyyədə maraqlı tərəflərin mənfəətlərinə xidmət edəcəyi bildirilib.

Yazıda qeyd edilir ki, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb kimi qlobal nəqliyyat dəhlizlərində üstünlüyü qeyd edilən istiqamətlərdə tələb olunan bütün nəqliyyat infrastrukturlarının artıq hazır və fəal vəziyyətdə olmasıdır.

Məqalənin sonunda Ermənistanın işğalının başa çatmasının qlobal səviyyədə son dərəcə əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılması üçün münbit zəmin yaratdığı qeyd edilib. Davamlı sülh və inkişafı arzu edən bütün dövlətlərin Azərbaycanın bu istiqamətdə olan fəaliyyətlərinə dəstək verməsinin zəruriliyi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts