Madonna Billboard 200 musiqi top onluğunda rekorda imza atan ilk qadın ifaçıdır

Tokio, 1 sentyabr , /AJMEDIA/

Dünyaşöhrətli müğənni Madonna musiqidə yeni dünya rekorduna imza ataraq, karyerasının başlanğıcından dəfələrlə Billboard 200 top onluğuna düşən ilk qadın ifaçısıdır. Əvvəllər məşhur qadın musiqiçilərindən heç biri bu cür rekorda sahib ola bilməyib.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, bu uğurlu fəaliyyət Madonnanın ilk albomunu təqdim etdiyi 1983-cü ildən etibarən nəzərə alınır. Madonna təqribən 50 dəfə ifaçıların müvafiq reytinqinin lideri olub. Belə bir nailiyyəti təkrarlamaq son dərəcə çətindir. Müğənninin yeni bəstəsi “Final enough love” adlanır. Mahnı iyunun sonunda buraxılmağına baxmayaraq Billboard reytinqinin top-10 siyahısındakı mövqeyini qoruyub saxlayır. Hazırda mahnı top onluğun 8-ci yerindədir. Top Album Sales-in məlumatına görə ifaçının son albomu həftənin ən çox satılan albomları sırasındadır.
Qeyd edək ki, belə bir uğurlu rekorda kişi ifaçılarından ibarət daha doqquz musiqiçi nail ola bilib. Onların arasında dünyaşöhrətli ifaçılar Pol Makkartni, Bryus Sprinqstin, AC/DC qrupu və başqaları var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts