Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir

Tokio, 20 may , /AJMEDIA/

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarına bir sıra yeni nəşrlər təqdim edilib.
Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, bunlara “Əski Azərbaycan yazısı. Dərs vəsaiti”, “Beş Risalə”, “Özbək ədəbiyyatı tədqiqatları”, “Dalğalar və nüvə enerjisi”, “Dahi türk dilçisi Mahmud Kaşğari”, “Ölüm, mənə ağı de”, “Təchizat zəncirində strateji idarəetmə”, “Təbiət və ekologiya”, “Bülbüllərin toyu”, 12 cilddə “Faciəli təqvim tariximiz” və digər elmi əhəmiyyətli nəşrlər daxildir. Müəlliflər tərəfindən kitabxananın fondlarına təqdim olunan və müxtəlif elm sahələrini əhatə edən bu nəşrlərin bir çoxu dərs vəsaitidir.
MEK-ə, həmçinin Tarixi Araşdırmalar Mərkəzi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi il’ Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən bəhs edən “Zəfər- 44 günlük Qarabağ müharibəsi” adlı kitab da təqdim edilib. Oxucular yeni ədəbiyyatlarla MEK-in sərgi salonunda tanış ola bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts