Mərkəzi Elmi Kitabxananın əməkdaşları “YAŞAT” Fonduna növbəti dəfə ianə ediblər

Tokio, 13 Noyabr, /AJMEDIA/

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları aylıq maaşlarından könüllü olaraq “YAŞAT” Fonduna növbəti dəfə ianə ediblər.

Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, MEK əməkdaşları ötən ilin dekabr və bu ilin iyul aylarında da aylıq maaşlarından könüllü olaraq Fonda vəsait köçürüblər.

Qeyd edək ki, “YAŞAT” Fondu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts