Məktəblərin rəhbər heyətinə Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb

Tokio, 14 sentyabr , /AJMEDIA/

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:
“Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur”.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts