Məktəblərdə idman həftəsinə start verilib

Tokio, 27 fevral , /AJMEDIA/

Bu gündən ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək.
Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.
Qeyd edək ki, “İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts