Məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir

Tokio, 8 avqust , /AJMEDIA/

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb. Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts