Məkkədə Həcc ziyarətinə hazırlıqla bağlı təhlükəsizlik qüvvələrinin paradı olub

Tokio, 4 iyul , /AJMEDIA/

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Həcc ziyarətində zəvvarların təhlükəsizliyinin qorunmasına hazırlığı nümayiş etdirmək məqsədilə Məkkə şəhərinin meydanında parad keçiriblər.
AJMEDIA xəbər verir ki, parada xilasetmə dəstələri, helikopterlər, təcilli tibbi yardım briqadaları və hərbçilər cəlb olunublar. Əvvəlcə təhlükəsizlik qüvvələri potensial terrorçularla mübarizə və zəvvarların xilas edilməsi əməliyyatlarını nümayiş etdirib. Sonra hərbçilərin tribuna önündən keçidi olub.
İyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində bir milyon əcnəbi zəvvar iştirak edəcək. Onların təhlükəsizliyinin təmin edilməsi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin nəzarətindədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts