Mədəniyyət Nazirliyi “Şuşa İli” ilə bağlı təşkil etdiyi heykəltaraşlıq müsabiqəsinin vaxtını uzadıb

Tokio, 18 iyun , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə təşkil etdiyi heykəltaraşlıq müsabiqəsinin vaxtı uzadılıb.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtlərinə görə, heykəltaraşlar Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrini tunc, mərmər və bürünc materialdan hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.
Müsabiqədə birinci yerin qalibinə (1 nəfər) I dərəcəli diplom və 8000 manat, ikinci yerin sahibinə (2 nəfər) II dərəcəli diplom və 4000 manat, üçüncü yerin sahibinə isə (3 nəfər) III dərəcəli diplom və 3000 manat pul mükafatı təqdim ediləcək. Eyni zamanda, 10 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.
Hazırlanacaq əsərlər sentyabrın 1-dək təqdim edilməlidir. Doldurulmuş qeydiyyat forması qeyd edilən tarixinədək müsabiqənin təşkilat komitəsinə [email protected] elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.
Müsabiqə haqqında daha ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts