Site icon AJMEDIA Azərbaycanca

“Mərkəzi Nəbatat Bağının Elmi əsərləri” jurnalının növbəti cildi çapdan çıxıb

Tokio, 23 fevral, /AJMEDIA/

“Mərkəzi Nəbatat Bağının Elmi əsərləri” jurnalının növbəti XVIII cildi (№2) çapdan çıxıb.

Bu barədə AJMEDIA-ya Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, topluda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib. Həmçinin bitki introduksiyası, botanika, üzümçülük, tərəvəzçilik, fiziologiya, biokimya, mikrobiologiya sahəsində olan məqalələr öz əksini tapıb.

Topludan elmi işçilərlə yanaşı, aqronomlar, biologiya və kənd təsərrüfatı üzrə mütəxəssislər, bakalavrlar, magistr, doktorant və həvəskar bağbanlar da istifadə edə bilərlər.

Exit mobile version