Tokio, 15 iyun , /AJMEDIA/
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar virtual və ənənəvi sərgi təqdim edib.
Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, sərgiyə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi vahid siyasi və iqtisadi strategiyanın uğurları, xalqımızın tarixinə həsr etdiyi əsərləri, çıxışları, fərmanlar və digər sənədlər haqqında Azərbaycan və xarici dillərdə materiallar daxildir. Kitablarda dahi lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, siyasi fəaliyyəti geniş aspektlərdən təhlil olunur.
Onların arasında “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Azərbaycanın qurtuluş tarixi”, “Həqiqət-necə varsa. Azərbaycan-1993”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Dönüşdən qurtuluşa”, “Böyük siyasətin davamı”, “Heydər Əliyev. Ömür və zəmanə 1923-2003” və digər kitablar öz əhəmiyyəti ilə seçilir.