Mərakeşdə zəlzələdə ölənlərin sayı 1300-ü ötüb

Tokio, 9 sentyabr , /AJMEDIA/

Mərakeşdə zəlzələdə ölənlərin sayı 1305 nəfərə çatıb, 1830-dan çox yaralı var.

AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.

Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts