Site icon AJMEDIA Azərbaycanca

Məktəblilərimiz beynəlxalq olimpiadaya hazırlaşırlar

Tokio, 18 oktyabr , /AJMEDIA/

Dekabrın 1-10-da Tailandın Banqkok şəhərində Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2023) təşkil olunacaq.

Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasına (IJSO 2023) seçmə imtahanının I mərhələsi keçirilib. Birinci mərhələnin nəticələrinə əsasən, seçilən şagirdlərlə 36 saatlıq intensiv dərslər təşkil edilib.

Daha sonra seçmə imtahanının II mərhələsi təşkil olunaraq 6 nəfərlik komanda müəyyən edilib. Komandanı Bakı şəhəri, “Kaspi” liseyinin şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin şagirdləri Murad Xəlilzadə, Nəzrin Həsənova, Rəsul Ağakişiyev, Ülvi Mustafayev, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Dilarə Yaqublu təmsil edirlər.

Exit mobile version