Tokio, 15 dekabr , /AJMEDIA/
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub. BŞTİ tərəfindən keçirilən test imtahanının nəticələri namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
BŞTİ-dən AJMEDIA-ya bildirilib ki, test mərhələsinin nəticəsinə əsasən, 161 nəfər uğur qazanıb və 48 nəfər ehtiyat kadr siyahısına əlavə olunub.
Qeyd edək ki, müvafiq vəzifə üzrə təşkil olunan test imtahanında namizədlərə informatika üzrə 20, qanunvericilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığının cavablandırılması üçün 100 dəqiqə vaxt verilib.
BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.